Qərbi Azərbaycanda mədəni irsin dağıdılması

 


Doktor Ülviyə Hacıyeva

Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını müxtəlif vasitələrlə inkar etməyə çalışır. Bu siyasətin ən ağır nəticələrindən biri Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı tarixi-mədəni irsin tarixi abidələrin, qəbiristanlıqların, məscidlərin, yaşayış məskənlərinin və digər maddi-mədəni nümunələrin dağıdılması və məhv edilməsidir.

Regionun tarixi və mədəni mənzərəsini dəyişdirmək, Azərbaycan xalqının bu ərazilərdəki tarixi-mədəni izlərini silmək və keçmişi fərqli şəkildə təqdim etmək cəhdləri ciddi narahatlıq doğuran məsələdir. Belə addımlar mədəni irsin qorunması ilə bağlı beynəlxalq prinsiplər baxımından da araşdırılmalı və sənədləşdirilməlidir.

Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan mədəniyyət abidələrinin qəsdən məhv edilməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki tarixi-mədəni izlərinin silinməsi məsələsi beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyasının mədəni sərvətlərin silahlı münaqişə zamanı qorunmasına dair müddəaları və UNESCO-nun mədəni irsin mühafizəsi ilə bağlı prinsipləri kontekstində qiymətləndirilməlidir.

Bu baxımdan Qərbi Azərbaycanın mədəni irsi yalnız keçmişin yadigarı deyil, həm də tarixi yaddaşın mühüm tərkib hissəsidir. Onun qorunması, sənədləşdirilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Yorum Gönder

0 Yorumlar